Ərdoğan İmamoğlunu təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul bəıədiyyə seçkilərinin qalibi Əkrəm İmamoğlunu təbrik edib. 

Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu barədə "Twitter" hesabında yazıb.

"Təkrar keçirilən İstanbul bələdiyyə seçkilərinin nəticələrinin İstanbulumuz üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Milli irade bu gün bir daha təcəlli etmişdir. Qeyri-rəsmi nəticələrə görə seçkini qazanan Əkrəm İmamoğlunu təbrik edirəm.

Bundan əvvəl olduğu kimi qarşıdakı müddətdə demokratiyadan, hüququn üstünlüyündən, ölkəmizin barış, rifah ve istiqrarından geri addım atmadan, Cumhur İttifaqının prinsipləri çərçivəsində, birlik ve bərabərlik içində, 2023 hədəflərimizə yürüyəcəyik", deyə Türkiyə Prezidenti qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top