Əkrəm İmamoğlu seçkiləri yenə qazandı - NƏTİCƏLƏR


Türkiyədə İstanbul üçün keçirilən bələdiyyə seçkilərində artıq nəticələr dəqiqləşib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər nə qədər seçki sandıqlarının hamısı açılmasa da, artıq aradakı fərq Əkrəm İmamoğlunun qazandığını deməyə əsas verir. Hazırda sandıqların 99,2 faizi açılıb. Bu nəticələrə görə səslərin 54 faizini(4 688 628) Əkrəm İmamoğluna, 45,1 faizini(3 915 179) isə Binəli Yıldırıma verilib. Qalib tərəf - Əkrəm İmamoğlu çıxış edərək ona səs verən, verməyən hər kəsə, xüsusilə də sandıq nəzarətçilərinə təşəkkür edib.
Qeyd edək ki, bir müddət əvvəl də Binəli Yılıdırm çıxış edərək Əkrəm İmamoğluna təşəkkür etmiş və uğurlar arzılamışdı.

DİGƏR XƏBƏRLƏR

Top