İsmayıllıda "NİVA" 77 yaşlı kişini vurub

İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, İsmayıllı şəhər sakini, 1942-ci il təvəllüdlü Bayramov Abbas Xasay oğlu ağır kəllə-beyin travması və qolun sınığı diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstənin yaxınları yaşlı kişinin yıxılaraq xəsarət aldığını deyərək həkimlərə yalan məlumat veriblər. Polis əməkdaşları tərəfindən araşdırma zamanı məlum olub ki, ahıl kişini yolu keçəndə "NİVA" markalı minik avtomobili vurub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top