İstanbul seçkilərində möhür qalmaqalı - YSK iclasa hazırlaşır

İstanbul bələdiyyə seçkilərinin səsverməsi zamanı möhür qalmaqalı yaşanıb.

Zərflərin üzərindəki möhürün millət vəkili seçkilərində istifadə edilən möhür olması CHP-li Mahmut Tanalın diqqətindən yayınmayıb. Sosial şəbəkədə zərflərin fotosu paylaşıldıqdan sonra CHP İstanbul Hüquq Komissiyası məsələ ilə bağlı Ali Seçki Komissiyasına (YSK) müraciət edib. YSK üzərində millət vəkili seçkilərində istifadə edilən möhürlü zərflərdəki səslərin də nəzərə alınacağını bildirib.

Bununla belə, YSK-nın möhür qarışıqlığı səbəbindən təcili toplantı edəcəyi və yekun qərar veriləcəyi gözlənilir. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top