Şamaxıda 50 hektarlıq sahə yanır - külək işi çətinləşdirir

Şamaxı rayonunda 50 hektardan çox biçilmiş və biçilməmiş taxıl sahəsi yanır.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, yanğın Çarhan kəndi yaxınlığındakı sahədən başlayaraq Şəhriyar qəsəbəsinə qədər olan ərazini əhatə edir.

Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Külək yanğının söndürülməsi işinə çətinlik yaradır.

Kənd sakinlərinin də su maşınları ilə köməyə gəldiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top