Bakıda imtahandan əvvəl abituriyentlərdən birinin halı pisləşib

Bakının Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin qarşısında ali təhsil müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərdən birinin halı pisləşib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, yaxınlıqdakı təcili tibbi yardım əməkdaşları tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra abituriyentin vəziyyəti yaxşılaşıb.

Lakin həmin abituriyentin valideynlərinin səs-küy salması digər imtahan iştirakçılarının gərginliyə səbəb olub.

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV qruplar üzrə qəbul imtahanı keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top