Tbilisidə keçirilən aksiya davam edir

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinq davam edir.

İştirakçılar paytaxtın mərkəzi Rustaveli prospektini bağlayıblar.

Nümayişdə kiçik insident də yaşanıb. Provokasiya yaratmağa çalışdığı bildirilən nümayişçi ərazidən uzaqlaşdırılıb. Bundan başqa bəzi müxalifət liderlərinin mitinq keçirilın əraziyə gəlməsi iştirakçılar arasında narazılıq yaradıb. Bəzi iştirakçılar etiraz əlaməti olaraq mitinqi tərk ediblər.

Qeyd edək ki, mitinqdə iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsi, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və mitinq iştirakçılarına atəş açan polislərin cəzalandırılması, eləcə də proporsional parlament seçkilərinin keçirilməsi tələb olunur. 

Bu gün Tbilisi ilə yanaşı Gürcüstanın Batumi və Kutaisi şəhərlərində də aksiya keçirilib.APA

DİGƏR XƏBƏRLƏR

Top