Samboçumuz ermənini məğlub etdi


Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazanıb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində güləşən samboçumuz Mehman Xəlilov Maksim Manukyanla qarşılaşıb.

İdmançımız erməni rəqibini döşəyə çıxmağa peşman edib. Mehman 9:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk bürünc medal qazandırıb.

68 kq çəki dərəcəsində güləşən samboçumuz Emil Həsənov isə bolqarıstanlı Martin İvanova ağrıdıcı fənd edərək vaxtından əvvəl qalib gəlib. Bununla da Azərbaycan daha bir medal qazanıb. 

Xatırladaq ki, daha əvvəl Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatikanın dinamik hərəkətlər növündə gümüş medal qazanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top