Gürcüstandakı ruslar Putinin fərmanına etiraz edirlər


Gürcüstandakı Rusiya vətəndaşları ölkələrinə qayıtmaq istəmirlər. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı "Qriqory Berezkin" nəşri yayıb. 

Məlumata görə, Gürcüstandakı ruslar özlərini təhlükəsiz hiss etdiklərini və ölkəyə qayıtmaq istəmədiklərini deyiblər.

Rusiya vətəndaşları qeyd edirlər ki, ölkədə onlara anlayış göstərirlər: “ Bəzi kütlənin radikal yönümlü olmasına baxmayaraq yerli sakinlər bizə anlayış və qonaqpərvərliklə yanaşırlar. Etirazçılar isə yalnız siyasətə qarşı çıxırlar. Etirazlar yalnız Tbilisinin mərkəz yerlərində həyata keçirilir”. 

Son məlumatlara görə, etirazlar nəticəsində 240 nəfər yaralanıb, onlardan 80-i polis əməkdaşlarıdır.

Qeyd edək ki, 21 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin aviaşirkətlərin Gürcüstana sərnişin daşımasını qadağan edən fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top