Prezident nazir müavinlərini təltif edib


Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncamla təltif olunan dövlət qulluqçuları arasında Ekologiya və Təbii Sərvətlər nazirinin iki müavini də var.

Yeniavaz.com xəbər verir ki, bunlar nazir müavinləri Firdovsi Əliyev və Rauf Hacıyevdir. 

Prezidentin imzaladığı dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam ilə F.Əliyev və R.Hacıyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top