Daha bir şəhərdən Bakıya avtobus reysi açıldı


Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıdan Simferopola müntəzəm avtobus reysləri açılıb.

Yeniavaz.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Krımavtotrans" şirkətinin rəhbəri İqor Korobçuk deyib.

"Bakıya reyslər keçən ay açılıb. Daşıyıcılar reysi həftədə bir dəfə həyata keçirəcəklər", - deyə Korobçuk bildirib.

O, həmçinin deyib ki, Belarusa da avtobus daşımalarının təşkil olunacağı gözlənilir.

"Minsk istiqamətində daşımalar hələ başlamayıb. Hazırda Moskvadan sənədlərin alınması məsələsi həll olunur", - Korobçuk deyib.

DİGƏR XƏBƏRLƏR

Top