Azərbaycanda məşhur mağazadan 15 min oğurlandı


“Kontakt Home” mağazasından 15 min manat oğurlanıb.

Mağazanın Gəncə şəhərində yerləşən filialının inzibatçısı hüquq-mühafizə orqanlarına şikayət edərək, kassadan 15 min manat oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın satış təmsilçisi Eşqin İsmayılov saxlanılıb.

Araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top