Dayanacağa ildırım düşdü, üç nəfər öldü - Ukraynada


Ukraynanın İvano-Frankovski vilayətində 3 nəfəri ildırım vurub.

Bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb. 

"Hadisə Roqatinski rayonunda baş verib. Beş nəfərin dayandığı avtobus dayanacağına ildırım düşüb və nəticədə hadisə yerində olanlardan üç nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib",- deyə mətbuat xidmətinin məlumatında bildirilir.(APA)

DİGƏR XƏBƏRLƏR

Top