Qobustanda iki yeniyetmə süni göldə boğuldu - ADLARI BİLİNDİ


Qobustanda süni göldə batan yeniyetmələrin adları açıqlanıb.

Göldə boğulanlar Füzuli rayon sakini, hazırda Qobustan rayon Təklə kəndində yaşayan 2004-cü il təvəllüdlü Əliyev Fərdi Elsevər oğlu və Şamaxı rayon Çıraqlı kənd sakini 2001-ci il təvəllüdlü İbadov Mənsim Möhsün oğludur. 

Qeyd edək ki, ötən gün yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top