Mingəçevirdə dəhşətli yanğın - 5 ev yandı


Mingəçevir şəhəri Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı "Üçüncü" qəsəbə adlanan ərazidə yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, yanğın nəticəsində 5 ev yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 yaşayış evi əşyları ilə birgə yanaraq kül olub. 2 mənzilin isə müəyyən hissələri yanıb.

Yanğın zamanı ev sahiblərinə məxsus qızıl-zinət əşayaları,10 min manata yaxın nəğd pulun yanaraq kül olduğu da bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top