Azərbaycanda işçilər daha az işləməyə başlayıblar - RƏSMİ MƏLUMAT


Bu ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,9 saat təşkil edib. 
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, ötən illə müqayisədə işçilərin iş saatının miqdarı azalıb. Belə ki, ötən ilin yekununa olan məlumata görə Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı bu ilin ilk 4 ayının göstəricidən 4,1 saat çox olub.
Azərbaycanda ən çox işləyənlər turizm və restoran sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 154,7 saat işləyirlər ki, bu da ötən illə müqayisədə cəmi 0,3 saat az olub.  Ən az işləyənlər isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində çalışanlardır. Bu sahədə çalışanlar ay ərzində 139,3 saat işləyiblər və bu da ötən illə müqayisədə 12,1 saat az olub.
Digər sahələrdə isə ay ərzində iş saatlarının miqdarı belə olub:
İqtisadi fəaliyyət növləri İş saatlarının miqdarı
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 146,1
Mədənçıxarma sənayesi 150,7
Emal sənayesi 146,4
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 151,5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 154,0
Tikinti 145,1
Ticarət; nəqliyyat vasitələrinin təmiri 154,1
Nəqliyyat və anbar təsərrüfatı 147,7
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 154,7
İnformasiya və rabitə 150,8
Maliyyə və sığorta fəaliyyəti 147,4
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 149,7
Peşə, elmi və texniki fəaliyyət 147,5
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 139,3
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 151,0
Təhsil 142,9
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 147,7
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 151,7
Digər sahələrdə xidmətlərin göstərilməsi 142,9
 
 

DİGƏR XƏBƏRLƏR

Top