Rusiya Prezidenti Vladimir Putin aviaşirkətlərin Gürcüstana sərnişin daşımasını qadağan edən fərman imzalayıb.
Yeniavaz.com "RİA Novosti"yə istinadən xəbər verir ki, fərmana əsasən 8 iyuldan etibarən aviaşirkətlərə Rusiyadan Gürcüstana sərnişin daşımaq qadağan edilir. Bundan əlavə Prezident Nazirlər Kabinetinə Gürcüstanda olan bütün Rusiya vətəndaşlarının ölkəyə qaytarılmasını təmin etmək barədə göstəriş verib. Bundan əlavə Putin sözügedən qadağa qüvvəyə mindikdən sonra turizm şirkətlərinə Rusiyadan Gürcüstana turistik səfərlərin təşkil etməməyi tövsiyə edib.