Mədət Quliyev nazir təyinatından sonra DANIŞDI - "Biz əsgərlərik"


"Təyinatlarım həmişə mənim üçün gözlənilməz olub"

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı musavat.com-un müxbirinə danışıb:

"Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Belə olan yerdə biz dövlətimizin əsgərləriyik və xidmət etməliyik".

Mədət Quliyev yeni təyinatının onun üçün gözlənilməz olub-olmadığı barədə sualımıza da cavab verib:

"Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətlərimlə məşğul olmuşam".

Mədət Quliyev təyinat yerində həvəslə işə başladığını deyib:

"Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk".

DİGƏR XƏBƏRLƏR

Top