Mədət Quliyev nazir kimi hansı işləri görəcək? - TAM SİYAHI


Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Mədət Quliyevin Müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Yeniavaz.com xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən yaradılıb. Azərbaycan Prezidentinin 18 mart 2006-cı il tarixli sərəncamı ilə Yavər Camalov Müdafiə sənayesi naziri təyin edilib. Ötən ilin iyun ayının 23-də Azərbaycanın ilk Müdafiə sənayesi naziri Yavər Camalov 68 yaşında vəfat edib. Yavər Camalovun ölümündən 6 ay sonra - bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC-nin yaradılmasına dair fərman imzalayıb. Dünən isə Prezident İlham Əliyevin imzaladığı növbəti sərəncamla “Azərsilah” ASC ləğv olunub.
Məlumat üçün bildirək ki, 14 il əvvəl qurulan Мüdаfiə Sənаyеsi Nаzirliyinin tərkibində onlarla istehsal müəssisəsi fəaliyyət göstərir.
"İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi və "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir. 
Bakı "Radioquraşdırma" zavodu, "Azon", "Peyk" və "EHM" zavodları rabitə və radioelektronika məhsulları istehsal edir. 
"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
"Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.

Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulların siyahısını təqdim edirik:

1. "İqlim" Elmi-İstehsalat Müəssisəsi
- Aerodrom kondisionerləri: AK-04-9A; AK-1,6-9A
- Bort bələdçisinin universal konteyneri KBU 8-10
- Hava-hava radiatorları: VVR 01.7604.5100.00;
VVR 5.12.7604.0020.00; VVR 2.11.7604.0400.00;
- Yanacaq-yağ radiatorları 5451T; 5580T; 5783T-1
- Yanacaq-yağ istilik mübadiləediciləri 6107T, 6212T, 6212T-01, 6107T
- Hava-hava istilik mübadiləediciləri 6246Т
- Sıxıcı kompressor 5620
- Su ayırıcı 2394t
- Ventilyatorlar: 5617T; 4523
- Hava quruducusu 6011
- Rütubət ayırıcıları: 2227; 6368; 5676A; 2788; 6377; 6917; 6678

2. "Avia-Aqreqat" zavodu
- Aerodrom kondisionerləri: AK-04-9A; AK-1,6-9A
- Bort bələdçisinin universal konteyneri KBU 8-10
- Hava-hava radiatorları: VVR 01.7604.5100.00;
VVR 5.12.7604.0020.00; VVR 2.11.7604.0400.00;
- Yanacaq-yağ radiatorları 5451T; 5580T; 5783T-1
- Yanacaq-yağ istilik mübadiləediciləri 6107T, 6212T, 6212T-01, 6107T
- Hava-hava istilik mübadiləediciləri 6246Т
- Sıxıcı kompressor 5620
- Su ayırıcı 2394t
- Ventilyatorlar: 5617T; 4523
- Hava quruducusu 6011
- Rütubət ayırıcıları: 2227; 6368; 5676A; 2788; 6377; 6917; 6678

3. "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi
- "ARAZ" intellektual idarəetmə proqram-texniki kompleksi
- "NUR" telemexanika kompleksi
- "TURAN" mədən geofiziki laboratoriyası
- Mancanaq dəzgahının idarəetmə stansiyası
- Səyyar intellektual dinamometriya qurğusu
- Dərin özüllərdə neftçıxarma proseslərinə lokal və mərkəzləşdirilmiş telenəzarət sistemləri
- Qazlift üsulu ilə neftçıxarmanın avtomatlaşdırılmış idarəetmə sistemləri
- Dərinlik nasoslu avadanlıqlarla təchiz edilmiş neft mədənlərinin avtomatlaşdırılmış nəzarət sistemləri
- Qazturbin elektrik stansiyası və kompressor stansiyalarının avtomatlaşdırılmış nəzarət sistemləri
- Neft quyularına mərkəzləşdirilmiş nəzarət sistemi
- Neft və qaz quyularının geofiziki tətbiqi üçün avadanlıq
- Neft bazalarında idarəetmə və ölçü sistemləri
- Terminalda qazın qəbul, tənzimləmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemi
- Neft mədənlərinin analitik laboratoriyalarının metroloji attestasiyaya hazırlanması və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə attestasiyanın keçirilməsi
- Səmt qazının ölçmə qovşağına metroloji və texniki xidmət
- Neft, qaz, kimya və energetika sənayesi sahələrində proseslərin avtomatlaşdırılmış məlumat-nəzarət idarəetmə sistem və vasitələrinin layihələndirilməsi, işlənməsi, tətbiqi, sistemlərin komplektləşdirilməsi və göndərilməsi, quraşdırma, sazlama-işəsalma işləri, metroloji təminat, treyninq, diaqnostika

4. "Telemexanika" zavodu
- Temperatur verici relelər T-178B, T-301, 31-01, 31-04, T-7-14-1B, T-7-14-2B, T-7-14-3B
- Çıxışı unifikasiya edilmiş avtomatik sıxlıqölçən cihaz AİP-2
- Tənzimləyici ventil VRE-3M
- Bucaq yerdəyişmələrinin tezlik vericisi DÇUP
- Kiçik yerdəyişmələrin tezlik vericisi DÇMP
- Perforator gövdəli PKO-73 və PKE-73
- Kabel sonluqları NK 1-60, NK 3-60, NK 1-36
- Çoxelektrodlu karotaj zondu E-31
- Üç komponentli elektrodinamik seysmik qəbuledici SK3-10S
- Elektrodinamik seysmik qəbuledici SV2-10S
- Nəzarət və idarəetmə aparatı "Kpam"
- Karotaj qaldırıcı qurğu KPU-3.5AV
- Geofiziki cihazlar üçün istiqamətləndirici diyircək və reduktorlar

5. Bakı "Cihazqayırma" zavodu
- Dərinlik nasoslarının nəzarət indikatoru İKQN-1
- Neft və qaz quyularında qazma zamanı tətbiq olunan gil məhlullarının suvermə qabiliyyətini və gil çöküntüsünün qalınlığını müəyyən edən VM-6 cihazı
- Gil məhlullarının yerdəyişməsinin maksimal statik gərginliyini müəyyən edən cihaz SNS-2 
- Səyyar laboratoriya dəstləri LQR-3; LBR-1
- Filtr-pres FLR-1
- Rotasion viskozimetr VSN-3
- Qaz tərkibinə operativ nəzarət qurğusu PQR-1
- Durulducu çən OM-2
- Areometr ABR-1
- Viskozimetr VBR-1
- Qollu tərəzi VRP-1
- Laborant dəsti KLR-1
- Sement məhlulunun normal qatılığını, qatılaşma vaxtını müəyyən edən İV-2 cihazı 
- Qazma məhlullarında bərk fazların, neftin, suyun faizlə miqdarını operativ müəyyənləşdirən TFN-1 cihazı
- QOST 1581-78-ə uyğun olaraq sement məhlulunun axmasını  müəyyən edən KP-1 cihazı

6. "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi
- Maye bitumun həcm miqdarını və sərfini ölçmə qurğusu UİJB-50
- Diferensial yanacaq sayğacı SDT-600 
- PVK mayesini daxiletmə qurğusu UVP-40, UVP-100
- Ventilyatorların işləmə siqnalizatoru "SİQNAL B 1"
- Müxtəlif mühitlərin sərf siqnalizatorları "SİQNAL P", "SİQNAL M 1"
- Nasosların işləmə siqnalizatoru "SİQNAL H" 
- Maye karbon 4-oksidin dozalaşdırıcı qurğusu UDU-15-150
- Dozator-summator (bir və iki dəfə) DS-120-B
- Çəki dozalaşdırıcısı "Omeqa-2" 
- Sayğaclı sərfölçən "Neptun 18 AB"
- Sərf vericisi "Uran-1" 
- Dozatorlar "Uran-3" və "Dəniz"
- Həlqəvi maye sayğacları: KSJU-15-6S; KSJU-40-6S; KSJU-40-45S
- Su temperaturunun dozator-tənzimləyicisi "Dozaterm-15"
- Qida blokları: BP-85; BP-86; BP-93
- Sərfölçən "Svirel" 
- Sayğaclı sərfölçən LJD-150-64 
- Sıxılmış qaz sayğacı SJQ -65
- Kimyəvi əlavələrin su məhlullarının sayğacları: SVXD -18-1.2; SVXD-20-8; SVXD-40-24 
- Gəmi üçün yanacaq sayğacı ST-2-50/2,5 
- Duz məhlulu dozatoru DSR 
- Burulğan tipli su sayğacı "Vixr"
- Turbinli diferensial sərfölçən "Turbodif"
- Güc çoxaldıcı UM-1 
- Kürəvi axın viskozimetri VPŞ
- Vintli maye sayğacları VJU-100-6,4
- Pərli isti və soyuq su sayğacları VSKM 
- Turbinli soyuq və isti su sayğacları STV
- Məsafədən idarə olunan turbinli soyuq və isti su sayğacları  STVQD-1, STVQD-II  
- Pərli və turbinli su sayğacları "ARAD-BAKI"

7. "Dalğa" Elmi-İstehsalat Müəssisəsi
- Yaxta üçün naviqasiya kompleksi 
- Kiçik ölçülü induksiya elektron laqı 
- Kiçik ölçülü avtomatlaşdırılmış naviqasiya kompleksi
- Naviqasiya exolotları (1-50m) və (1-1600m)
- Mayak işıqlandırıcıları "İşıq" ("İşıq-1", "İşıq-6")
- Taxometrlər MC və P (500/12/220 V; 700/12/220 V)
- Elektron alışma paylayıcısı
- Elektron kommutatoru QMK
- Temperatur ölçü cihazları İT-1-600; İT-5-130
- Qaz mühərrik kompressorunun qazburaxan klapanı
- Lubrikator (QMK 10 KQN)
- Dəniz naviqasiya buylarının elektron avadanlığı
- Dəniz neft platformaları və terminalları üçün naviqasiya sistemi
- Antenlər
- Cərəyan mənbələri 220V, 50 Hs/5; 12V; 15V; 24V; 27 V
- Temperatur ölçən cihaz
- Hidravlik maşının yağ paylayıcı lövhəsi
- Dəniz suyunda işləyən nasosların işçi çarxları və valı
- Qaz buraxan klapanların yəhəri və ştoku
- Rezin kipləşdiricilər və kipgəclər
- Qaz kompressorları üçün 3 və 6 hissədən ibarət isti kipkəclər
- Rezindən işçi çarxlar
- Transformatorlar (1 kVt-a gədər)

8. "Alov" zavodu
- Gəmilər və neft sənayesi avadanlıqları üçün ehtiyat hissələri
- Neft qazma qurğuları üçün:
- qaz valı,
- qaz şturvalı V2-450,
- müxtəlif vallar,
- müxtəlif dişli çarxlar,
- nazim çarx yığımda,
- müxtəlif növ metizlər (sancaq, bolt, qayka)
- şiber siyirtməsi (5", 6", 10"),
- dartıcı vint (birtərəfli və ikitərəfli),
- aqreqatı sıxan tərtibat.
- Меtrо  vaqonları üçün ehtiyat  hissələri:
- muftalar,
- stəkan,
- asılqan,
- qapı lövhələri,
- yastıqlar,
- müxtəlif ölçülü vallar,
- qapaqcıq.
- Gəmilər üçün ehtiyat hissələri:
- müxtəlif  növ yastıqların təmiri,
- SS-328 və SS-373 işıqlandırıcıları,
- müxtəlif  metizlər.

9. "Azon" zavodu
- Mikrosxemlər: 133, 155, 169, 170, 533, 555, 556, 561, 564, 589, 1102 seriyalı
- Günəş batareyası elementləri
- Taxta və plastmas məmulatlar
- Yüksək keyfiyyətli azot və oksigen qazlarının maye və qaz halında istehsalı

10. "Peyk" zavodu
- İkitərəfli və çoxqatlı çap lövhələri

11. EHM zavodu
- Elektron kassa aparatları
- Elektron taxoqraf "Bakı Taxo-2000"
- Taksimetr "УК-ТАХ01"
- Göyərtə işıqlandırıcısı
- ESV-10 dərinlik nasosları üçün ehtiyat hissələri
- Elektrik açarları
- Metropoliten üçün eskalator pillə gövdəsi
- Eskalatorun hərəkətinə nəzarət qurğusu
- Eskalator pilləsinin dəstləşdirici elementləri

12. "Radioquraşdırma" zavodu
- Kiçik qabaritli cərəyan mənbələri 5V, 9V, 12V
- İnkubator İU-300
- Elektron kassa aparatları ELVES-MİKRO-F "Az"
- Metal detektoru
- Elektron tərəzi ETT15/5
- Cərəyan çeviricisi
- Qaynaq aparatları
- Televizor üçün plastik kütlədən hissələr
- Elektrik sayğacları üçün 4, 6, 8, 9, 10, 12 yerlik qutular

13. "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi
- Elektrotexnika və maşınqayırma sənayesi məhsulları və qeyri-standart avadanlıqlar

DİGƏR XƏBƏRLƏR

Top