NATO kosmik müharibəyə hazırlaşır


NATO yeni təhlükələrə qarşı kosmosu müharibə meydanı kimi tanımağa hazırlaşır.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, mövzu ilə bağlı yekun qərar bu il dekabr ayının 3-4-də Londonda keçiriləcək NATO zirvəsində veriləcək.
Yeni konsepsiyanın qəbul edilməsi ilə müharibələrin quru, dəniz və hava xaricində kosmosda da aparıla biləcəyi fikri öz təsdiqini tapmış olacaq.
ABŞ rəhbəri Donald Tramp da bir müddət əvvəl ölkəsində kosmos bazası yaradılmasına icazə verən bir qanun imzalamışdı.
NATO mütəxəssislərinə görə gələcəkdə kosmosa nəzarət edənlər dünyada hər hansı quru, hava və dəniz müharibələrində daha güclü mövqedə dayanacaq.

DİGƏR XƏBƏRLƏR

Top