Gürcüstan parlamentinin sədri istefa verdi


Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.

Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub.

DİGƏR XƏBƏRLƏR

Top