Mərkəzi Asiyanın ən böyük məscidi bu ölkədə tikilir - 120 min nəfərlik


Mərkəzi Asiyanın ən böyük məscidi Tacikistanda tikilir
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məscidin layihəsini tacik və ərəb memarları hazırlayıb. On iki hektar ərazidə yerləşən məsciddə 75 metr hündürlükdə dörd minarə, 47 metrlik baş günbəz və 20 kiçik günbəz olacaq. Məsciddə muzey, kitabxana, konfrans zalı, qadınlar və kişilər üçün tədris otaqları fəaliyyət göstərəcək. Məscidin ümumi sahəsi 30 min kvadrat metr olacaq.
Hazırda tikintidə 300 tacik və xarici mütəxəssis çalışır. Layihənin qiyməti 100 milyon dollardır. Məsciddə eyni vaxtda 120 min dindar ibadət edə biləcək.
Qeyd edək ki, 8 milyona yaxın insanın yaşadığı Tacikistan əhalisinin böyük bir qismi müsəlmanlardan ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top