Türkiyədə qan davası 6 nəfərin ölümünə səbəb oldu - VİDEO


Bu günlərdə Ağstafada qan davası zəminində törədilmiş faciəvi hadisənin oxşarı qardaş Türkiyə Respublikasında baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə iyunun 15-də Şanlıurfa şəhərinin Siverek rayonunda yerləşən Çeltik kəndində baş verib. Hadisənin baş vermə səbəbi də Ağstafadakı qətlin səbəbilə eynidir. Belə ki, bu qətl də ərazi iddiası zəminində 16 il bundan əvvəl başlayan ailədaxili hesablaşma nəticəsində baş verib.
Bir qrup şəxs bir ailənin evinə basqın edərək Zozan İzol ilə həyat yoldaşı Hakkı İzolu, həmçinin Meral İzol ilə oğlu Musa Serhat İzolu göllələyib. Nəticədə onların hamısı hadisə yerində keçinib. Ölən Meral İzolun oğulları Yusuf Rojhat İzol və Mehmet Metin İzol, həmçinin cinayətkar dəstədən olduğu iddia edilən Cihan İzol isə yaralanıb. Yaralılar polis tərəfindən saxlanılıb.
Hadisə yerindən qaçan cinayətkarlar isə yolda avtomobil qəzası törədərək daha iki nəfərin - Rıdvan Buluş və Serdar Delenin də ölümünə səbəb olublar.
Cinayətkar qismində ölən Hakkı İzolun əmisi oğlanları Bülent və Serhat Ferman İzol qardaşları saxlanılaraq həbs edilib.
Qanlı cinayətlər isə Zozan İzol ilə Hakkı İzolun övladları Dilan İzol və Yekbun İzol tərəfindən lentə alınıb. Onlar hadisə baş verən zaman yaxınlıqdakı evdə gizlənib və çəkiliş ediblər. Onlar bu kadrları şəhərin prokurorluq orqanlarına da təqdim ediblər.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top