Rusiyada dava edən azərbaycanlılar tutulub


Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı gölün kənarında baş verən davada iştirak edən 7 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.

Aralarında 4 Özbəkistan, 2 Azərbaycan, 1 Rusiya vətəndaşı olan şəxslər barəsində kiçik xuliqanlığa görə protokol tərtib olunub. 

Hadisə zamanı xəsarət alan 1 özbəkistanlı xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə əlaqədar araşdırma aparır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top