10 milyonuncu vətəndaşdan sonra doğumların sayı artıb - STATİSTİKA


Bu ilin aprel ayında Azərbaycanda 12 min 339 körpə doğulub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, aprel ayında ölənlərin sayı 5 min 324 nəfər olub. Bu isə o deməkdir ki, aprel ayında ölkədə təbii artım 7 min 15 nəfər olub.
Açıqlanan məlumatlarda həmçinin qeyd olunur ki, bu ilin aprel ayında daimi yaşamaq üçün Azərbaycana 24 nəfər gəlib.
Nəticədə aprel ayında Azərbaycan əhalisinin sayı 7 min 39 nəfər artaraq 9 milyon 999 min 110 nəfərdən 10 milyon 6 min 149 nəfər olub.
Onu da bildirək ki, aprel ayının 6-da saat 03:30 radələrində Bakı şəhərində Azərbaycanın 10 milyonuncu vətəndaşı dünyaya gəlib.
Bu həm də o deməkdir ki, aprel ayında 10 milyonuncu vətəndaşı dünyaya gələnə kimi gün ərzində orta hesabla 178 körpə olmaqla ümumilikdə 890 körpə doğulub. 10 milyonuncu vətəndaşı dünyaya gəldikdən sonra isə gün ərzində orta hesabla 245 körpə olmaqla ümumilikdə 6 min 125 körpə doğulub.
Mart ayında isə gün ərzində orta hesabla 143 körpə olmaqla ümumilikdə 4 min 439 körpə doğulub.

DİGƏR XƏBƏRLƏR

Top