Bu gün saat 04:05 radələrində Bakı-Qazax yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-ın redaksiyasına göndərilən məlumatda bildirilir.
Məlumata əsasən, arxadan gələn “Opel” markalı avtomobil “Shacman” markalı yük maşınına dəydikdən sonra sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını körpünün dayaqlarından birinə çırpılıb.
Xəsarət alan yoxdur.