ABŞ prezidenti Donald Tramp dünən İrana hava hücumu əmri verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o bir müddət sonra bu əmrini geri götürüb.
Xəbəri yayan nüfuzlu "New York Times" qəzetində məlumatın, adı verilməyən yüksək səlahiyyətli şəxslərdən alındığı bildirilib.
Həmin şəxslər dünən saat 19:00-a kimi, İranın bəzi strateji hərbi bazalarını vurmaq üçün gözlədiklərini, Trampın əmrini geri götürməsi ilə bunun baş tutmadığını bildiriblər.
NYT xəbərdə Trampın necə qərar verəcəyinin də hələ ki, bəlli olmadığını bildirib.