
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb.
M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.(Oxu.az)
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                