Bakıda yeznə qayınını qətlə yetirib, arvadını isə bıçaqlayıb


Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

İlkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaçlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qaynını bıçaqla qətlə yetirən və həyat yoldaşını ağır yaralayan şəxs hadisə yerindən qaçıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.  

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.APA

DİGƏR XƏBƏRLƏR

Top