"Az.Dres" qəsəbəsində asfaltlanma işlərinə start verildi


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və idarə, müəssisə rəhbərləri "Az.Dres" qəsəbəsi Naxçıvan küçəsində başlayan asfaltlama işlərinə baxış keçiriblər. Qeyd edək ki, hələki asfaltlanma işləri Naxçıvan küçəsindən G.Əliyev küçəsinə qədər olan hissəyə qədər olacaq. Bu işlər gələn həftənin sonuna qədər tamamlanacaq. Daha sonra davamı Natavan küçəsinə qədər davam edəcək. Ərazidə olarkən bu işlərlə bağlı Yeniavaz.com saytına icra başçısı İlham İsmayılov məlumat verdi: "Cənab Prezident məni Mingəçevirə təyin edəndə mənə tapşırıq verdi ki, Mingəçevirin əvvəlki gözəlliyi, səliqə-səhmanlığı tam bərpa olunmalıdır. Ona görə də insanların rahat yaşaması üçün Mingəçevirin hər bir küçəsində, hər bir məhəlləsində  abadlıq işləri aparılmalıdır. Biz bu işlərə başlamışıq. Gördüyünüz bu Naxçıvan küçəsində işlər ləngiməli deyildi. Müəyyən səbəblər var idi. Bu işlər planlaşdırılanda bizə deyildi ki, yeni  kanalizasiya xəttini Azərsu ASC hələ çəkməyib. Biz onların qarşısına tələb qoyduq ki, xəttinizi çəkin qurtarın biz asfaltlanma işlərinə başlamalıyıq. O cümlədən digər kommunikasiya işləri görən rəhbərliklərə bildirdi ki, nə işləriniz varsa yekunlaşdırın. Mən qəti şəkildə bildirirəm biz bura asfaltı çəkəndən sonra icazə verməyəcəyik ki, hansısa müəssisə gəlib asfaltı dağıdıb iş görsün. Mən onu başa düşürdüm ki, insanlar üçün burada çətinliklər yaranmışdı. Buna baxmayaraq biz elə iş görməliyik ki, bu asfalt bir daha dağılmasın. İndi bütün bu kommunikasiya işləri başa çatıb. Burada yola yüksək keyifiyyətlə 2 qat asfalt vurulur. Yolun sağ və sol səki  hissəsi yaşıllaşdırılacaq, yeni ağaclar əkiləcək. Digər ərazidə olan Tibb məktəbi və Yataqxana istiqamətində istirahət güşəsi yaradılacaq. Mən onu xüsusi vurğulamaq istəyirəm ki, bəzi "jurnalistlər" bu barədə yazılar yazırlar ki, bu ərazi Suriyanın küçələrinə bənzəyir. O insanlara da üzümü tutub deyirəm ki, biz işi elə görəcəyik ki, bu iş ikinci dəfə görülməsin. Bu işlərin müəyyən qədər ləngimə səbəbləri bu idi”.
Daha sonra icra başçısı üzünü müəssisə rəhbərlərinə tutaraq bildirdi ki, hamı bir nəfər kimi səfərbər olmalıdır ki, Mingəçeviri abad, yaşıl və təmiz şəhərə çevirək. Başçı asfalt çəkənlərə öz xeyir-duasını verdikdən sonra qəsəbənin digər ərazilərini gəzərək hər bir tərəfinə baxış keçirdi, yolda başçıya problemi ilə bağlı müraciət edən hər bir sakini dinlədi və probleminin nəzarətə götürdü. Qeyd etdi ki, bütün söz sturukturlarını dinləməyə hazıram.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top