İran ABŞ-ın hərbi hava texnikasını vurdu - İDDİA

İran ABŞ-ın pilotsuz kəşfiyyat vasitəsini vurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Press TV”dən məlumat verilib.

Hadisə İranın cənubundakı Hormozqan əyalətində baş verib. Məlumata görə, təyyarə hava sərhədini pozduqdan sonra İran ordusu ABŞ-ın “RQ-4 Global Hawk” vasitəsini vurublar.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən gün hərbiçilərin ölməsi halında baş verəcəklər barədə Tehrana xəbərdarlıq etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top