Kanadada 9 min insan təxliyyə edildi


Kanadanın qərbində baş verən meşə yanğını səbəbiylə 9 min insan təxliyyə edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regionun FHN-dən məlumat verilib. Albertada isti hava şəraitinə görə may ayından başlayan meşə yanğınları hələ də davam etməkdədir. Məlumata görə, hal-hazırda bölgədə 27 yanğın mövcuddur və 24 saat ərzində 10 yeni meşə yanğını baş verib.
Yanğınları söndürülməsinə 1200-dən çox xilasetmə qrupu, 20 ədəd müxtəlif təyyarə və təxminən 100 ədəd yerüstü xüsusi texnika cəlb edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top