Fransada ilk dəfə - prezident məhkəmə qarşısına çıxarılacaq


Fransanın eks prezidenti Nikola Sarkozi, telefon danışıqlarının dinlənilməsi ilə bağlı məhkəmə prosesində hakimə rüşvət təklif etməkdə günahlandırılır.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, beləliklə, Fransanın V cümhuriyyət tarixində ilk dəfə eks prezident korrupsiya ilə bağlı hakim qarşısına çıxacaq.
Məhkəmənin N. Sarkozinin etirazını rədd etməsindən sonra onun təqsirləndirilən şəxsin kürsüsünə çıxacağı dəqiqləşib.
Onunla birlikdə vəkili Tieri Erzoq və sözügedən hakim Gilbert Azibert də "peşəkar gizli məlumatları pozmaq"la ittiham olunacaq.
Qeyd edək ki, N. Sarkozi sözügedən proseslə bağlı bir dəfə saxlanılaraq sorğuya çəkilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top