Kürdəmir sakini bir ağacda 4 növ meyvə yetişdirib - VİDEO

Kürdəmir rayon sakini bir ağacda bir neçə meyvəni yetişdirib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, rayon sakini Ətraf Dadaşov uzun illərdir ki, meyvə ağaclarını calağ etməklə məşğuldur.

Bu dəfə bağban bir neçə növ meyvə ağaclarını calağ edərək müxtəlif meyvələri bir ağacda yetişdirməyə nail olub. 

Hazırda heyva ilə armudu, tutla digər növ tutu, cır üzümlə peyvənd üzümünü və bir ağacda əzgil, armud, alma və heyva yetişdirib.

DİGƏR XƏBƏRLƏR

Top