Gürcüstandan gətirilən avtomobillərin sayı 2,5 dəfə artıb, qiyməti 1,8 dəfə azalıb


Bu ilin ilk 5 ayı ərzində Gürcüstandan Azərbaycana ümumi dəyəri 74 milyon 676,1 min dollar olan 6 804 ədəd avtomobil gətirilib.
Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, ixrac olunan avtomobilin 1 ədədinin orta gömrük dəyəri 10 min 975 dollar olub.
Məlumat üçün bildirək ki, Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin gömrük dəyəri əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə aşağı düşüb. Belə ki, ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana gətirlən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 19 min 265 dollar təşkil edib. Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 53 milyon 613,9 min dollar olan 2 783 avtomobil ixrac olunub.


 

DİGƏR XƏBƏRLƏR

Top