21 yaşlı Nuranə itkin düşüb - FOTO


Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu il iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yeniavaz.com xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Dadaşova Nuranə Ədalət qızının əlamətləri belədir: Boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top