51 nəfərin öldürülməsinə "əla" deyən şəxsə 21 ay həbs verildi


Yeni Zelandiyanın Krisçörç şəhərindəki Nur və Linvud məscidlərində 51 nəfərin ölümü ilə nəticələnən terror aktının kadrlarının internetdə yayan şəxsə 21 ay həbs cəzası verildi.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, 44 yaşlı Filip Nevil Arpsın vəkili, onun ittiham edildiyi cinayət əməmlini boynuna aldığını bildirib. O, qadağan olunmuş kadrları yaymaqla günahlandırılıb və Krisçörç Məhkəməsi tərəfindən 21 ay həbsə məhkum edilib.
"Yeni Zalandiya Radiosu"ndan verilən məlumata əsasən F. N. Arps terrorçu Brenton Tarrantın canlı yayımladığı kadrları kopyalayaraq 30 nəfərə göndərib. Hakimin, yaydığı video haqqında fikrini soruşmasına isə Arps "əla" cavabını verib.
Yeni Zelandiya qanunlarına görə qadağan olunmuş kadrları yaymağın cəzası 14 ilə kimi qalxa bilir.
Qeyd edək ki, bu il mart ayının 15-də Brenton Tarrant adlı şəxs Yeni Zelandiyada iki məscidə hücum edərək 51 nəfəri öldürmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top