Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, Şəmkir rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə təyinat baş tutub.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə görə, bu vəzifəyə polis polkovniki leytenant İlqar Əliyev təyinat alıb.