Ruslar Azərbaycan yeməklərini bəyənmirlər - SORĞU + SİYAHI


Rusiyanın məşhur "TurStat" analitik agentliyi rusların hansı şəhər və ölkələrin mətbəxindən xoşlandığını öyrənmək məqsədilə sorğu keçirib.
Yeniavaz.com agentliyin rəsmi internet səhifəsinə istinadən bildirir ki, sorğu nəticəsində məlum olub ki, Rusiya vətəndaşları ölkə daxilində ən çox Sankt-Peterburq, Moskva və Kazan (Tatarıstan) şəhərlərinin mətbəxtini bəyənirlər.
Xarici ölkələr arasında isə rusların ən çox bəyəndiyi Gürcüstan milli mətbəxti olub. Rəyi soruşulanların 16%-i Gürcüstan mətbəxtinə üstünlük verdiklərini bildiriblər. Ermənistan mətbəxti 10%-lə ikinci, Belarus, İtaliya və Fransa mətbəxtləri isə 6%-lə üçüncü sırada yer alıb.
İlk onluğa daxil olan şəhər və ölkələr bunlar olub:
1. Sankt-Peterburq - 16%
2. Gürcüstan - 16%
3. Tatarıstan (Kazan) - 13%
4. Moskva - 10%
5. Ermənistan - 10%
6. Moskva vilayəti - 6%
7. Belarus - 6%
8. İtaliya - 6%
9. Fransa - 6%
10. Soçi - 3%
 

DİGƏR XƏBƏRLƏR

Top