ABŞ-ın sirr qutusu: "51-ci bölgə" - FOTO


Uzun illərdir haqqında yeni heç bir bilginin ortaya çıxmadığı hətta nə olduğu belə bilinmədiyi "51-ci bölgə" Amerika Birləşmiş Ştatlarına aid sirli bir ərazidir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ikinci dünya müharibəsi illərindən başlayaraq haqqında şayələr dolaşan "51-ci bölgə"nin var olduğu ilk dəfə 1957-ci ildə Rusiya tərəfindən uzaqdan çəkilən şəkillərinin yayılması ilə ortaya çıxıb. Maraqlıdır ki, ABŞ belə bir yerin var olduğunu sadəcə bir neçə il qabaq, 2013-cü ildə etiraf edib. "51-ci bölgə" haqqında yayılan ən maraqlı şayələrdən biri orada qeyri-adi varlıqların olması və onlar üzərində eksperimentlər aparılmasıdır. Ancaq, sirli yer haqqında deyilən heç bir şayə hələlik təsdiqini tapmayıb. Haqqında danışdığımız ərazidə nömrəsiz maşınlarda gəzən mühafizəçilər var. Günün müxtəlif saatlarında ağ rəngdə yük maşınları bölgəyə daxil olur. Turistlərin isə 50 kilometrdən çox yaxınlaşmaları qadağandır. Sirli bölgənin hər tərəfində xüsusi xəbərdarlıq nişanları quraşdırılıb: "Hərbi sahədir yaxınlaşmayın", "Bura daxil olduğunuzda əsgərlər tərəfindən atəş açılacaq" kimi plakatlar oranın nə qədər önəmli yer olduğunu ortaya qoyur. Bir neçə il öncə, müxtəlif cür şayələrin çıxmasına son qoymaq məqsədilə CİA, "Area-51"in yeni nəsil roketlərin hazırlandığı yer olduğunu açıqlasa da bu məlumat hamı tərəfindən birmənalı qarşılanmadı. "Area-51" deyə bilinən yerin yuxarıdan çəkilən bəzi şəkilləri olsa da əsas hissəsinin yer altında olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top