Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirən şəxsin kimliyi məlum olub


Gəncədə çay evində qətl törədən şəxsin kimliyi məlum olub.

Şəhərin mərkəzində yerləşən “Miraj” çay evinin qarşısında 1983-cü il təvəllüdlü Emin Məmmədov şəxsi münaqişə zəminində qisas almaq niyyəti ilə 1995-ci il təvəllüdlü Elnur Alıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mərhum E.Alıyev tanınmış idman ustası İlqar Alıyevin oğludur. (APA)

DİGƏR XƏBƏRLƏR

Top