Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı


Masallı-Yardımlı avtomobil yolunda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb.

Qəza Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

Rayonun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqov sükanı arxasında olduğu 10-MT-517 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə idarəetməni itirib və avtomaşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü ilə birgə avtomobildə olan həmkəndliləri - 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov, 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov və 1991-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib və vəziyyəti kritikdir.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top