Mingəçevirdə qəza: avtomobil səkiyə çıxdı


Mingəçevirdə  M.Maqomayev küçəsində iki avtomobilin iştirakı ilə yol nəqliyyat qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, "Mercedes” markalı avtomobil “Naz Lifan” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində “Naz Lifan” zərbənin gücündən idarəetməni itirərək birbşa səkiyə qalxıb və piyada yoluna düşüb.

Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəysə də, sürücülər yüngül xəsarətlə qurtulub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top