Gəncədə ruhi xəstə evi yandırdı


Gəncədə yaşayış evində yanğın baş verib.

Hadisə Gülüstan yaşayış massivində, Kəlbəcərdən olan məcburi köçkün, 78 yaşlı Köçəri Ağalarova məxsus evdə qeydə alınıb.

Əraziyə Gəncə şəhər Nizami rayonu və Göygöl Rayon Dövlət Yanğından Mühafizə hissələrinin hər birindən iki briqada olmaqla, ümumilikdə 4 yanğınsöndürmə briqadası cəlb olunub. 

4 otaqlı evin bir otağı və içərisindəki əşyalar yanıb.

İlkin məlumata görə, yanğını ev sahibinin ruhi əsəb xəstəsi olan oğlu Ceyhun Ağalarov törədib. Hadisədən həyəcanlanan evin xanımı Fatma Əşrəfovaya tibbi yardım göstərilib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top