Bakıda 2000 manata obyekt satıldı


Bakıda 15 kv. m sahəsi olan qeyri-yaşayış sahəsi 2000 manata satılıb.
Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 11 iyul 2019 -cu ildə baş tutan hərracda Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 23B ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olan 15 kv.m olan qeyri-yaşayış sahəsi 2000 manata satılıb.
Bundan başqa həmin hərracda Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 12/13 ünvanında yerləşən 24,2 kv. m sahəsi olan qeyri-yaşayış sahəsi 3000 manata, Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 70,1 kv. m sahəsi olan qeyri-yaşayış sahəsi 7500 manata satılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top