Azərbaycanlıların Türkiyədən aldığı mənzillərin sayı açıqlandı - Ölkələrin SİYAHISI


Bu ilin 5 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 464 mənzil, may ayı ərzində isə 90 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-cı ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədən builkindən 132 mənzil az - 332 mənzil satın alıblar.
Bu ilin may ayında isə azərbaycanlılar Türkiyədən 90 mənzil satın alıblar və bu ötən ilin may ayındakı göstəricidən 15 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 5 ayı ərzində Türkiyədən ümumilikdə 17 min 452 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 77% və ya 7 min 593 mənzil çox olub.
May ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Rusiya, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Almaniya, Yəmən, Küveyt, İngiltərə, İordaniya, Fələstin, Misir, və Azərbaycan vətəndaşları üstünlük təşkil edib.
May ayında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR May, 2018 May, 2019
İraq 407 594
İran 217 509
Rusiya 165 285
Əfqanıstan 131 183
S.Ərəbistanı 206 157
Almaniya 123 155
Yəmən 52 155
Küveyt 114 152
İngiltərə 112 149
İordaniya 65 144
Fələstin 44 104
Misir 38 99
Azərbaycan 75 90
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top