Abşeronda kişi keçmiş arvadını alimentə görə öldürmək istədi - MƏHKƏMƏ


Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinən Piriyev Mehdi Sədaqət oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.


Yeniavaz.com olke.az-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 19-na təyin olunub.

Xatırladaq ki, hadisə Abşeron rayonunda baş verib. Mehdi Piriyev boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisə zamanı Mehdi Piriyev keçmiş həyat yoldaşı Ülviyyə Məmmədovanı bir neçə yerdən bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub. 

Zərərçəkmişin anası Gülizar Məmmədova ifadəsində deyib ki, qızı boşandıqdan sonra uzun müddət aliment ala bilməyib və problemlər də bundan başlayıb.

Təqsirləndirilən Mehdi Piriyevin böyük qardaşı Rövşən Piriyev də ifadəsində hadisənin aliment borcuna görə baş verdiyini bildirib.

Qeyd edək ki, boşanan cütlüyün iki övladı var.

M.Piriyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top