Hindistanda istidən 40 nəfər ölüb


Hindistanın Bihar əyalətində temperaturun yüksəlməsi səbəbiylə 40 nəfər həyatını itirib. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Baya, Gaya və Navada kimi şəhərlərdə bir çox insanın yüksək temperatur səbəbiylə həyatını itirdiyi deyilir.
Havaların normadan artıq isti keçməsinə görə həkimlər insanları vacib olmadığı təqdirdə küçələrə çıxmamaq üçün xəbərdarlıq edib.
Bununla yanaşı Hindistanda ensefalit epidemiyası səbəbiylə bu ay 83 uşaq dünyasını dəyişib. Ölənlərin əksəriyyəti 1-10 yaş arası uşaqlardır.

DİGƏR XƏBƏRLƏR

Top