Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək - Millət vəkili



“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”. 

Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev sosial şəbəkədə yazıb. O, bildirib ki, gərginliyə səbəb odur ki, işğalçı ölkə substantiv danışıqlara getmək istəmir. Ona görə də çalışır ki, Qarabağda toqquşma olsun, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də yenidən danışıqlarda diqqəti atəşkəs rejiminin pozulamsının qarşısının alınması və bu qəbildən olan ikinci dərəcəli məsələlərə yönəltsinlər.

“Amma həmsədrlər də gözəl bilirlər ki, atəşkəs rejiminin pozulmamasının ən effektli və doğru yolu işğalçı ordunun Azərbaycan torpaqlarını tərk etməsidir. 

Bildiklərini nə qədər tez dilə gətirsələr, burada sülhə, eyni zamanda da beynəlxalq hüquqa bir o qədər çox töhfə vermiş olarlar”.

DİGƏR XƏBƏRLƏR

Top