Fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb


Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Hadisə şəhərin Kimyaçılar qəsəbəsində baş verib.

1976-cı il təvəllüdlü Müseyibov Rəşid İlyas oğlu Kimyaçılar qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top